
Hikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O xatırladıb ki, Azərbaycan bu işləri öz daxili imkanları hesabına edir.
Prezidentin köməkçisi bildirib ki, bu, diplomatik korpus nümayəndələrinin azad olunan ərazilərə 21-ci səfəridir:
"Torpaqlar azad edildiyi andan Prezident İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq belə səfərlər həyata keçirilir. Məqsəd diplomatların işğaldan azad olunan ərazilərdə vəziyyətlə yerində tanış olmalarıdır. İlk dövrlər diplomatlar işğal zamanı ermənilərin əraziləri viran etdiyini görürdülərsə, sonradan onlar bu torpaqların transformasiyası, bərpa işlərinin gedişatı ilə tanış olurlar. Ona görə də səfərdə iştirak edən diplomatların təəssüratları yüksəkdir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətRəsmi Bakının səbir kasası daşdı: Avropa Parlamenti ilə əlaqələrə son qoyulmasının səbəbləri - FOTO
"Milli Məclis tərəfindən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması səbəbsiz deyil. Bu, rəsmi Bakıya qarşı uzun illərdir davam edən qərəzli siyasətin məntiqi nəticəsidir".
SiyasətAzərbaycan və İran xarici işlər nazirləri regional vəziyyəti müzakirə etdilər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
SiyasətPrezidentin köməkçisi: "İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik"
"Birinci Qarabağ Müharibəsi dövründən itkin düşən 4 000-ə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ indiyə qədər açıq qalıb".
SiyasətXarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində olublar.