
Hikmət Hacıyev: "Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır"
"Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur".
"Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ-İran gərginliyi, eləcə də Rusiya-Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAntalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.
SiyasətHikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEO
"Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib".
SiyasətSimonyan: "Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etməyi təklif etdi"
Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
SiyasətPrezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"
"Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir".