Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir"
"Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir".

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "ADF 2026" çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel sessiyada səsləndirib.
Hikmət Hacıyev bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır: "Uzunmüddətli perspektivdə regionda sülh və təhlükəsizliyi təmin edəcək yeni regional təhlükəsizlik arxitekturası qurulur. Gələcəyə baxaraq, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq imkanlarının genişləndiyi inklüziv Cənubi Qafqaz regionunu görürük".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAntalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTO
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
SiyasətAndrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"
"Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir".
SiyasətAntalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.
SiyasətHikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEO
"Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib".