
"Hizbullah" İsrail qoşunlarına qarşı beş böyük hücum həyata keçirib
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub.
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun mövqelərini beş dəfə şiddətli atəşə tutub.
Gundem.today xəbər verir ki, bu barədə "Mehr" məlumat yayımlayıb.
Xəbərdə vurğulanır ki, Livan döyüşçüləri Əl-Biyad bölgəsindəki İsrailin artilleriya məntəqələrinə kamikaze dronları ilə hücum ediblər.
Qeyd edək ki, martın 2-də İsrail tərəfi Livana hücum edəcəyini açıqlamışdı. Ardınca Livan ərazisindən İsrail istiqamətinə raket zərbələri endirildi və bu hücumların məsuliyyətini "Hizbullah" üzərinə götürdü. Təl-Əviv isə buna cavab olaraq Livan ərazisinə genişmiqyaslı zərbələr endirdi. Martın 16-da İsrail Müdafiə Qüvvələri (İMQ) quru əməliyyatlarına start verdiyini bildirdi. Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunda atəşkəs elan etsə də, İsrail Livana qarşı hərbi əməliyyatlarını dayandırmadı. Nəticədə "Hizbullah" hərəkatı da atəşkəs rejimindən imtina edərək İsrail mövqelərinə zərbələr endirməyə başladı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada fövqəladə iclas keçiriləcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
DünyaMalidə matəm elan edildi
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
DünyaTramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.
DünyaPolşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.