
Polşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyatla mütəşəkkil cinayətkar qrup ifşa olunub. Qeyd olunub ki, saxta pulların bir qisminin Ukrayna bazarlarında reallaşdırılması nəzərdə tutulubmuş.
Agentliyin əməkdaşları dörd şübhəli şəxsi saxlayıblar. Axtarışlar zamanı əskinasların istehsalı üçün peşəkar şəkildə təchiz edilmiş avadanlıqların olduğu məkanlar aşkar edilib.
Hadisə yerindən təxminən üç ton xüsusi kağız, mühafizə nişanlarının detalları və saxta pulların keyfiyyətini (o cümlədən bankomatlarda) yoxlamaq məqsədilə istifadə edilən sınaq əskinasları götürülüb.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda nağd pullar, kolleksiya sikkələri, silah və döyüş sursatları müsadirə ediblər. Məlumata görə iş üzrə təqsirləndirilən şəxsləri 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAndrey Babişin Qəbələ səfərinin PƏRDƏARXASI: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi – FOTO
Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Tərəfdaşlıqdakı inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.
Dünyaİraqda 35 maşının iştirakı ilə dəhşətli zəncirvari qəza: Azı yeddi nəfər ölüb, xeyli yaralı var - VİDEO
İraqda magistralda təxminən 35 maşının iştirakı ilə zəncirvari qəza baş verib.
DünyaTürkiyədə xeyli hotel bağlana bilər - SƏBƏB
Türkiyədə fəaliyyət göstərən hotellər yanğın təhlükəsizliyi ilə bağlı kütləvi yoxlamalarda yaranan ləngimələr ucbatından qapanma təhlükəsi altındadır.
Dünyaİsrail ordusu "Hizbullah" obyektlərinə zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın şərqindəki Bekaa vadisində və cənubundakı bir neçə ərazidə "Hizbullah" hərəkatına məxsus obyektləri vurmağa başlayıb.