
Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.
Bu barədə Gundem.today-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, problemin səbəbi kimi nasosxanaya suyun gəlməməsi göstərilir. Bildirilir ki, bu səbəbdən qəsəbənin bir hissəsinə su ötürülməsi mümkün olmur.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı onlara konkret tarix də söylənilmir. Hətta bəzi hallarda "gözləməyin, su tezliklə olmayacaq" deyildiyi iddia olunur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda - VİDEO
Bakıda yaşayış binasında lift problemi sakinləri çətin vəziyyətə salıb.
CəmiyyətBakıda müəllimə vəfat edib - FOTO
C.Rəhimov adına 146 nömrəli məktəbin biologiya müəlliməsi Səidə Bahadur qızı Əliyeva vəfat edib.
CəmiyyətAzərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ
Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
CəmiyyətKüləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.