
Eldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədi daşıyan qastrol proqramı tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədi daşıyan qastrol proqramı tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir.
Layihənin əhəmiyyəti barədə Gundem.today-a danışan görkəmli bəstəkar, Xalq artisti Eldar Mansurov bildirib ki, ötən əsrin 60-70-ci illərində həm bədii kollektivlərin, həm də ayrı-ayrı sənətkarların bölgələrdə konsertləri təşkil edilir, tamaşalar nümayiş olunurdu:
"Mən də uşaq vaxtı atamla bir sıra bölgələrdə tamaşaları, konsertləri izləmişəm. Opera və Balet Teatrımızın Gəncə və Naxçıvanda tamaşalarına baxmışam. Kənd və qəsəbələrdə klubların səhnəsi kiçik olduğundan operalardan fraqmentlər oynanılırdı. Tamaşaçılar bu mədəni proqramları böyük maraqla qarşılayırdı. Hazırda Mədəniyyət Nazirliyinin bu ənənəni bərpa etməsi təqdirəlayiqdir. İncəsənət kollektivlərimiz, sənətçilərimiz xarici ölkələrdə qastrollarda olur, mədəniyyətimizi təbliğ edirlər. Bu, çox yaxşıdır. Düşünürəm ki, ölkəmizin bölgələrinə də bu cür səfərlərin təşkili vacibdir. Çünki peşəkar kollektivlərin və incəsənət xadimlərinin çıxışları tamaşaçı və dinləyicilərin estetik zövqünü formalaşdırır, klassika onları bayağı musiqilərdən uzaqlaşdırır. Klassika anlayışı həm də çox zaman uğurlu başlanğıclar deməkdir".
"Nə yaxşı, Mədəniyyət Nazirliyi bu prosesi həyata keçirir. Əminəm ki, bölgələrdə tamaşaçılara olan bu hörmət və diqqət təqdirəlayiqdir. Layihə insanların peşəkar sənətə marağının artması ilə nəticələnəcək. İstəyim odur ki, bu aksiya ənənə halını alsın, hər il davam etsin", - deyə Xalq artisti əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətYusif Eyvazov nazirliyə ÇAĞIRILDI
Akademik Opera və Balet Teatrının direktoru - Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.
MədəniyyətMacarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır
Macarıstanın paytaxtı Budapeştdə Niderland rəssamı Vinsent Van Qoqa aid olduğu ehtimal edilən və indiyədək naməlum qalan tablo üzərində elmi tədqiqat aparılır.
MədəniyyətMədəniyyət Nazirliyinin strukturunda yeni şöbə və sektorlar yaradılıb
Mədəniyyət Nazirliyinin aparatının yenilənmiş strukturunda təkmilləşdirilmə aparılıb, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
MədəniyyətXalq artistinin xanımı: "Qədir Rüstəmova silah vermişdilər"
"Qədir Rüstəmov Ağdam işğal olunandan sonra toylara getmədi".