Holanddan qeyri-adi addım: 115 min avroya kitab aldı
İdman

Holanddan qeyri-adi addım: 115 min avroya kitab aldı

12 saat əvvəl
04:31
1 baxış
Paylaş:

"Mançester Siti" klubunun və Norveç yığmasının hücumçusu Erlinq Holand Norveçin bütün zamanların ən bahalı kitabını rekord məbləğə - 1.3 milyon krona (təxminən 115 min avro) satın alıb.

"Mançester Siti" klubunun və Norveç yığmasının hücumçusu Erlinq Holand Norveçin bütün zamanların ən bahalı kitabını rekord məbləğə - 1.3 milyon krona (təxminən 115 min avro) satın alıb.

Gundem.today bu barədə "Stavanger Aftenblad" nəşrinə istinadən xəbər verir.

Söhbət islandiyalı skald (şair), nasir, tarixçi və siyasətçi Snorri Sturlusona məxsus olan və 1594-cü ilə aid edilən "Kral saqaları"nın unikal nəşrindən gedir.

Futbolçu kitabı şəxsi istifadəsi üçün deyil, böyüdüyü Time bələdiyyəsinə hədiyyə etmək məqsədilə alıb. Bələdiyyənin inzibati mərkəzi Brüne şəhəridir. Hücumçu peşəkar karyerasına məhz bu yaşayış məntəqəsinin komandasında başlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Mançester_Siti_FK#Erlinq_Holand

Oxşar Xəbərlər