
"Honda" yenidən məhkəməyə verildi
"Honda" şirkəti 14 ildir ki, istehsal etdiyi avtomobillərdə aşağı keyfiyyətli boya örtüyündən istifadə etməkdə ittiham olunur.
"Honda" şirkəti 14 ildir ki, istehsal etdiyi avtomobillərdə aşağı keyfiyyətli boya örtüyündən istifadə etməkdə ittiham olunur.
Gundem.today "Carscoops" nəşrinə istinadən xəbər verir ki, 2013-cü ildən bəri buraxılan bir sıra modellərdə ağ rəngli boyanın qabarması və tökülməsi səbəbindən istehsalçıya qarşı kütləvi məhkəmə iddiası qaldırılıb.
Bu, avtomobil sahiblərinin hüquqlarını bərpa etmək üçün etdikləri ikinci müraciətdir. İlk şikayət 2024-cü ildə verilsə də, 2025-ci ildə hakim bu problemi sadəcə "vizual qüsur" kimi qiymətləndirmişdi. Həmin vaxt məhkəmə boyanın qopmasının maşınların texniki işlək vəziyyətinə mane olmadığını əsas gətirərək işə xitam vermişdi.
Lakin şikayətçilər iddialarına düzəlişlər edərək yenidən məhkəməyə müraciət ediblər. Yeni sənəddə vurğulanır ki, boyanın qopması nəinki vizual qüsurdur, həm də avtomobilin kuzov hissəsinin korroziyaya qarşı davamlılığına mənfi təsir göstərir.
Məhkəmə materiallarında qeyd olunur ki, "Honda" ağ rəngli örtüklə bağlı problemlərdən hələ 2012-ci ildən xəbərdar olub. Buna baxmayaraq, şirkət yeni avtomobillərin satışı zamanı bu çatışmazlığı alıcılardan bilərəkdən gizlətməkdə ittiham edilir.
Qüsurun aşkarlandığı əsas modellər bunlardır:
- "Acura" MDX;
- "Honda Odyssey";
- "Honda Pilot";
- "Honda Fit";
- "Honda HR-V".
Məhkəmə bu dəfə avtomobil sahiblərinin xeyrinə mühüm qərar çıxarıb. Belə ki, şikayət üçün müddət məhdudiyyəti maşının satın alındığı tarixdən deyil, problemin müştəri tərəfindən aşkar edildiyi gündən hesablanacaq. Yaxın vaxtlarda iş üzrə yenidən məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran danışıqlar üçün Pakistana getməkdən imtina edib?
İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bagir Qalibaf ölkəni tərk etməyiblər. Hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz dövlət vəzifələrini fəal şəkildə icra etməyə davam edirlər.
Dünya"Hizbullah" İsrailin mərkəzinə raketlər atıb
"Hizbullah" təşkilatı İsrailin şimalındakı hərbi hədəfə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
DünyaMeksikada neft emalı zavodunda güclü yanğın - VİDEO
Meksikanın cənub-şərqindəki "Olmeca Dos Bocas" neft emalı zavodunda güclü yanğın baş verib.
DünyaCorcia Meloni: "Avropa ABŞ olmadan NATO daxilində öz təhlükəsizlik sistemini qurmalıdır"
"Avropa İttifaqı ABŞ-nin maraqlarını nəzərə almadan Şimali Atlantika Alyansı daxilində müstəqil şəkildə təhlükəsizlik sistemi qurmalıdır".