
Meksikada neft emalı zavodunda güclü yanğın - VİDEO
Meksikanın cənub-şərqindəki "Olmeca Dos Bocas" neft emalı zavodunda güclü yanğın baş verib.
Meksikanın cənub-şərqindəki "Olmeca Dos Bocas" neft emalı zavodunda güclü yanğın baş verib.
Gundem.today-ın məlumatına görə, bu barədə Argentinanın "Infobae" xəbər portalı dövlət neft şirkəti "Petroleos Mexicanos"un mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yanğın neft koksu anbarında baş verib. Şahidlərin sözlərinə görə, zavoddan bir neçə kilometr aralıda qatı qara tüstü görünüb. Bölgədəki bütün təcili yardım xidmətləri yanğının söndürülməsinə cəlb olunub. İlkin məlumatlara görə, itki yoxdur. Neft emalı zavodu Tabasko ştatında, təxminən 100 min əhalisi olan Paraiso şəhəri yaxınlığında yerləşir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə CHP bələdiyyəsinə qarşı əməliyyat: Rəsmilər və şirkət nümayəndələri saxlanıldılar
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mersin Yenişehir bələdiyyəsinə qarşı tender saxtakarlığı ittihamı ilə əməliyyat keçirilib.
DünyaMigel Dias-Kanel: "İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər"
"ABŞ hakimiyyəti Kubaya qarşı düşmənçilik siyasəti yürüdür və Havanaya heç nəyi zorla qəbul etdirə bilməz".
Dünyaİran danışıqlar üçün Pakistana getməkdən imtina edib?
İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bagir Qalibaf ölkəni tərk etməyiblər. Hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz dövlət vəzifələrini fəal şəkildə icra etməyə davam edirlər.
Dünya"Hizbullah" İsrailin mərkəzinə raketlər atıb
"Hizbullah" təşkilatı İsrailin şimalındakı hərbi hədəfə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.