Honkonqda həbsxanaya kiberhücum: Minlərlə əməkdaşın məlumatı təhlükədə
Dünya

Honkonqda həbsxanaya kiberhücum: Minlərlə əməkdaşın məlumatı təhlükədə

İndi
08:01
1 baxış
Paylaş:

Çin Xalq Respublikasına tabe olan Honkonq Xüsusi İnzibati Bölgəsinin İslah Xidmətləri Departamenti daxili məlumat bazasına kiberhücum edildiyini açıqlayıb.

Çin Xalq Respublikasına tabe olan Honkonq Xüsusi İnzibati Bölgəsinin İslah Xidmətləri Departamenti daxili məlumat bazasına kiberhücum edildiyini açıqlayıb.

Gundem.today xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, kiber cinayətkarlar təxminən 7 minə yaxın fəaliyyətdə olan və sabiq həbsxana əməkdaşının şəxsi məlumatlarına çıxış əldə edə bilərlər.

Bildirilib ki, kiberhücum hakerin daxili informasiya idarəetmə şəbəkəsinə sızması nəticəsində baş verib. Hücum edən şəxs həmin şəbəkədən istifadə edərək əməkdaşların şəxsi məlumatlarının saxlandığı digər İT sisteminə də keçid əldə edib. Sındırılmış bazada 6 800-ə yaxın hazırkı və keçmiş əməkdaşın məlumatları yer alıb. Bu məlumatlara onların adları, cinsiyyəti, təhsili, doğum tarixləri, iş təcrübəsi, elektron poçt ünvanları və yaşayış yerləri daxildir.

Qurum qeyd edib ki, hələlik məlumat sızıntısı və ya fərdi məlumatların yayılması ilə bağlı heç bir sübut aşkarlanmayıb. Bununla belə, rəsmi dairələr cəzaçəkmə müəssisələrinin əməkdaşlarına aid məlumatların məxfi xarakter daşıması səbəbindən yaranmış vəziyyətdən narahatdırlar.

Departamentdən bildirilib ki, kiberhücuma məruz qalmış bazada qeydiyyatda olan bütün şəxslər baş vermiş insident barədə məlumatlandırılıb. Əməkdaşlara diqqətli olmaq, şübhəli hallarla qarşılaşdıqları təqdirdə isə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çin#Honkonq

Oxşar Xəbərlər