
Yaponiyadakı Çin səfirliyinə basqın edən şəxs saxlanıldı
Yaponiya quru qoşunlarının leytenantı martın 24-də Çinin Tokiodakı səfirliyinin ərazisinə qanunsuz daxil olub, bir müddət ağacların arasında gizlənib və diplomatik nümayəndəliyin əməkdaşlarını səsləyərək çağırıb.
Yaponiya quru qoşunlarının leytenantı martın 24-də Çinin Tokiodakı səfirliyinin ərazisinə qanunsuz daxil olub, bir müddət ağacların arasında gizlənib və diplomatik nümayəndəliyin əməkdaşlarını səsləyərək çağırıb.
Gundem.today bildirir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) polisə istinadən məlumat yayıb.
Hərbçi saxlanılarkən onun üzərində silah olmasa da, sonradan onun gizləndiyi kolluqda soyuq silah tapılıb. 23 yaşlı leytenant polisə təhvil verilib, hazırda onun ifadəsi alınır.
Yaponiya KİV-in məlumatına görə, leytenant etiraf edib ki, Çinin Tokiodakı səfirindən Yaponiyaya ünvanlanan sərt bəyanatlar verməyi dayandırmağı tələb etmək istəyib.
O, həmçinin Çinin diplomatik nümayəndəliyinin rəhbərinin gözü qarşısında intihar etmək niyyətində olub. Çin Xarici İşlər Nazirliyi bununla bağlı Tokioya ciddi etirazını bildirib və Çin vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İran ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazalarına zərbələr endirib
ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazaları pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
DünyaƏlcəzairin sabiq prezidenti vəfat edib
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
DünyaBritaniyada avtomobil piyadaların üzərinə sürüldü: Xəsarət alanlar var
Böyük Britaniyanın Derbi şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb.
DünyaNikolas Maduro tərəfdarlarına müraciət edib
Həbsdə olan sabiq Venesuela prezidenti Nikolas Maduro öz tərəfdarlarına müraciət edib.