
Hörmüz boğazı açılsa da, təyyarə yanacağı tədarükünün bərpası aylar çəkəcək
"İran Hörmüz boğazını yenidən açsa belə, Yaxın Şərq neft emalı gücündə yaranan fasilələr nəzərə alınmaqla reaktiv yanacaq tədarükünün bərpası aylar çəkəcək".
"İran Hörmüz boğazını yenidən açsa belə, Yaxın Şərq neft emalı gücündə yaranan fasilələr nəzərə alınmaqla reaktiv yanacaq tədarükünün bərpası aylar çəkəcək".
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" Qlobal aviaşirkətləri təmsil edən qurumun açıqlamasına istinadən məlumat yayıb. Qeyd olunub ki, Donald Trampın dünya neft ticarətinin təxminən beşdəbirini daşıyan Hörmüz boğazının dərhal və təhlükəsiz şəkildə yenidən açılmasını şərtləndirdiyini söyləməsindən sonra neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşüb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş Sinqapurda jurnalistlərə açıqlamasında bildirib ki, xam neft qiymətlərinin düşəcəyini gözləsə də, emal müəssisələrinə dəyən təsir səbəbindən aviasiya yanacağının xərcləri ehtimal ki, bir qədər yüksək səviyyədə qalacaq.
"Əgər Hörmüz boğazı açıq qalsa, düşünürəm ki, Yaxın Şərqdəki emal gücünün pozulması nəzərə alınmaqla, tədarükü bərpa etmək üçün bir neçə ay vaxt lazım olacaq. Bu, yalnız digər məhsullar üçün deyil, həm də təmizlənmiş məhsulların qlobal tədarükünün vacib bir hissəsidir", - deyə Uilli Uolş bildirib.
Onun sözlərinə görə, Asiyadakı aviaşirkətlər uçuşları azaldır, yerli hava limanlarından əlavə yanacaq daşıyır və Yaxın Şərq münaqişəsi reaktiv yanacaq tədarükünü sıxışdırır ki, bu da reaktiv yanacaq qiymətlərinin ikiqat artmasından əziyyət çəkən sənayeyə təzyiqi artırır. Bildirilib ki, Çin və Tailandın aviasiya yanacağının ixracını dayandırmasından və Cənubi Koreyanın isə onu ötənilki səviyyədə məhdudlaşdırmasından sonra, hələ ən ciddi nəticələr Vyetnam, Myanma və Pakistan kimi aşağı gəlirli və idxaldan asılı bazarlarda müşahidə olunur. Uolş qeyd edib ki, əgər neft tədarükü bərpa olunarsa, Çin, eləcə də Cənubi Koreya neft məhsullarının ixracına yenidən başlayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMoskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Rusiyanın paytaxtı Moskvada 2027-ci il üçün müxtəlif məşğulluq sahələrində miqrantların icazə verilən payı müəyyənləşdirilib.
DünyaNetanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla "Hizbullah"ın tərksilah edilməsi və münaqişənin nizamlanması ilə bağlı birbaşa danışıqlara başlanması barədə göstəriş verib.
Dünyaİsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADI
"Düşünürəm ki, dünən ABŞ prezidentin, ABŞ vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk".
DünyaABŞ və İran atəşkəsin detallarını razılaşdırır
ABŞ administrasiyası və İran hakimiyyəti atəşkəs rejiminin parametrləri ilə bağlı mübahisəli məsələlərin həlli üzərində işləyir.