
İsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADI
"Düşünürəm ki, dünən ABŞ prezidentin, ABŞ vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk".
"Düşünürəm ki, dünən ABŞ prezidentin, ABŞ vitse-prezidentin və Ağ Ev sözçüsünün xüsusi olaraq Livan faktoruna toxunduğunu gördük və eşitdik. Onlar açıq şəkildə bildirdilər ki, Livan atəşkəsin bir hissəsi deyil. Buna görə də, əsasən "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarımızı davam etdiririk".
Gundem.today APA-ya istinadla xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Livandakı vəziyyət, atəşkəs və İranla bağlı məsələlərə dair açıqlamasında deyib.
Səfir bildirib ki, İsrail "Hizbullah"dan gələn təhdidlərə qarşı əməliyyatlarını davam etdirir və təkcə bir gün ərzində Livanda 100-dən çox obyektə - qərargahlar və silah anbarlarına zərbələr endirilib. Onun sözlərinə görə, bu obyektlər "Hizbullah"a məxsusdur və təşkilatın İsrailə qarşı hücumlara qoşulması öz qərarı olub.
O qeyd edib ki, Livanın atəşkəsə daxil edilməsi ilə bağlı iddialar bu ölkənin İranın təsiri altında olması anlamına gələrdi:
"Əgər atəşkəs İranla elan olunursa və dərhal avtomatik olaraq Livanı da əhatə edirsə, bu, əslində, o deməkdir ki, Livan da İranın bir hissəsidir".
Səfir vurğulayıb ki, Livan suveren dövlətdir və hökumət "Hizbullah"ı legitim qüvvə kimi tanımır. Buna görə də "Hizbullah"ın fəaliyyətinin qarşısını almaq Livan hökumətinin məsuliyyətidir və bu baş vermədiyi halda İsrail öz təhlükəsizliyini təmin etmək üçün əməliyyatları davam etdirəcək.
Diplomat əlavə edib ki, İsrailin şimal bölgələri son həftələrdə raketlər, tank əleyhinə silahlar və dron hücumlarına məruz qalır və bu vəziyyət qəbuledilməzdir. Onun sözlərinə görə, İsrail ordusu Livandan gələn hər hansı təhdidi aradan qaldırmaqda davam edəcək və mülki əhaliyə zərər verməmək üçün tədbirlər görülür.
Ronen Krausz həmçinin bildirib ki, Litani çayının cənubunda yerləşən ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi icra olunmayıb və bu səbəbdən İsrail həmin zonada təhlükəsizliyi özü təmin etməyə çalışır.
İranla bağlı ehtimallara toxunan səfir deyib ki, İsrail hazırda atəşkəsə və planlaşdırılan danışıqlara şans verir. Lakin o xəbərdarlıq edib:
"İran iddia etsə ki, İsrailə qarşı hər hansı hücum Livanda "Hizbullah"ın vurulmasına cavabdır, İsrail buna dərhal reaksiya verəcək".
Səfir ümid etdiyini bildirib ki, yaxın həftələrdə aparılacaq danışıqlar region üçün məqbul bir həll yolu ilə nəticələnəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMoskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Rusiyanın paytaxtı Moskvada 2027-ci il üçün müxtəlif məşğulluq sahələrində miqrantların icazə verilən payı müəyyənləşdirilib.
DünyaNetanyahu Livanla birbaşa danışıqlara başlanmasını tapşırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla "Hizbullah"ın tərksilah edilməsi və münaqişənin nizamlanması ilə bağlı birbaşa danışıqlara başlanması barədə göstəriş verib.
DünyaABŞ və İran atəşkəsin detallarını razılaşdırır
ABŞ administrasiyası və İran hakimiyyəti atəşkəs rejiminin parametrləri ilə bağlı mübahisəli məsələlərin həlli üzərində işləyir.
DünyaSemyon Slepakova qarşı cinayət işi açılıb
Rusiyalı komik Semyon Slepakova qarşı cinayət işi açılıb.