Son dəqiqə
Bakının 556 küçəsi yuyuldu - FOTOAntalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTOBakıda evlərdən silsilə oğurluq edən şəxs ƏLƏ KEÇDİ: Taladığı əşyaların bir hissəsini satıbBakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük""Karvan-Yevlax" "Şamaxı"nı məğlub etdiİrandan çıxarılması istənilən urana daha bir namizəd tapıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİ
Hörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİ
Dünya

Hörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİ

Bu gün
16:40
0 baxış
Paylaş:

Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.

Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.

Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib.

Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı.

Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, gəmilər və ekipaj üzvləri heç bir zədə və xəsarət almayıblar.

Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa etdiyini açıqlayıb. Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Hörmüz_boğazı#ticarət_gəmiləri#gəmilərin_atəşə_tutulması#dəniz_təhlükəsizliyi#dənizçilik#insident#silahlı_hücum#dəniz_nəqliyyatı

Oxşar Xəbərlər

İrandan çıxarılması istənilən urana daha bir namizəd tapıldıDünya

İrandan çıxarılması istənilən urana daha bir namizəd tapıldı

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çin Trampın münaqişəni dayandırmaq məqsədilə irəli sürdüyü razılaşma çərçivəsində İrandan çıxarılması nəzərdə tutulan təxminən 440 kiloqram zənginləşdirilmiş uranın saxlanılması və ya zənginləşdirmə səviyyəsinin aşağı salınması üzrə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Bu gün
17:460
Hörmüz boğazında daha bir gəmi VURULDUDünya

Hörmüz boğazında daha bir gəmi VURULDU

Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.

Bu gün
17:280
ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTODünya

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTO

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib.

Bu gün
17:220
Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJDünya

Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ

"Əgər Birləşmiş Ştatlar regionla əlaqələrinə yenidən baxmasa, Latın Amerikasında üsyanla üzləşəcək".

Bu gün
16:020