
"Karvan-Yevlax" "Şamaxı"nı məğlub etdi
Azərbaycan Premyer Liqasının XXVIII turunda "Karvan-Yevlax" doğma divarlar arasında "Şamaxı"ya qalib gəlib.
Azərbaycan Premyer Liqasının XXVIII turunda "Karvan-Yevlax" doğma divarlar arasında "Şamaxı"ya qalib gəlib.
Gundem.today xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.
Yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.
Bu nəticədən sonra Yevlax təmsilçisi xallarını 14-ə çatdırıb. "Karvan-Yevlax" turnir cədvəlinin sonuncu pilləsində, Şamaxı təmsilçisi isə 32 xalla 8-ci sırada yer alıb.
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"ın qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.
Günün ikinci matçında çempionluğa iddialı komandalar - "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
İdmanZelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.
İdmanGözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
İdman"Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq?
Cari mövsümün nəticələrinə əsasən, Madridin "Real" klubunun rəhbərliyi hücumçular Kilian Mbappe və Vinisius Junioru transferə çıxarmamaq qərarına gəlib.