%3A1200.jpg&w=3840&q=75)
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə işçi qrup yaradılıb
BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün xüsusi işçi qrup yaradıb.
BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün xüsusi işçi qrup yaradıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qrupa BMT-nin Layihələrə Xidmət İdarəsinin rəhbəri Jorje Moreyra da Silva başçılıq edəcək.
Qeyd olunub ki, yeni qurumun əsas məqsədi Hörmüz boğazı vasitəsilə gübrə və xammal daşımalarının asanlaşdırılması üçün texniki mexanizmlərin hazırlanmasıdır.
Bildirilir ki, qrup fəaliyyətində əvvəlki təşəbbüslərin, o cümlədən Qara dəniz taxıl təşəbbüsünün təcrübəsini nəzərə alacaq.
Mexanizmin həyata keçirilməsi isə üzv dövlətlərlə sıx məsləhətləşmələr əsasında, milli suverenlik və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaStarmer: "Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
"Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmaqdan imtina edir".
DünyaTramp və Modi İranla bağlı vəziyyəti müzakirə ediblər
ABŞ Prezidenti Donald Trump və Hindistanın Baş naziri Narendra Modi İran ətrafında yaranmış vəziyyəti telefon danışığında müzakirə ediblər.
DünyaHakan Fidan: "ABŞ və İran Türkiyənin koordinasiyası ilə dialoq aparır"
"ABŞ və İran arasında Türkiyənin koordinasiyası ilə təmaslar davam edir, mesaj mübadiləsi isə Pakistan vasitəsilə həyata keçirilir".
DünyaRubio: "İranda müharibə bir neçə həftəyə başa çatacaq"
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranda hərbi əməliyyatların "aylarla deyil, bir neçə həftəyə" başa çatacağını gözləyir.