
İcra başçısı müavinini işdən çıxartdı - FOTO
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
Gundem.today İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDoğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.
CəmiyyətAbşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında son durum
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir.
CəmiyyətZaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu
Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Cəmiyyət"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.