Son dəqiqə
Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?Göyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEOÜç rayonda qaz təhcizatında FASİLƏ YARANDI - VİDEORüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdiTürkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLARHərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub - FOTO
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub - FOTO
Siyasət

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub - FOTO

Bu gün
16:45
0 baxış
Paylaş:

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.

Muzeyin "Gürcüstanda Daş dövrü" ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1.8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. "Arxeoloji xəzinə" ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.

Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə "Azərxalça"nın istehsalı olan beş nadir xalçadan ibarət "Mədəni irsə yeni baxış" adlı kolleksiya hədiyyə edilib. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə "Xətai" və "Çələbi" motivlərinin müasir kompozisiyada sintezi olan "Naxçıvan", Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən "Açma-yumma", ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan "Qarabağ", "Bəndi-Rumi" kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan "Ovçuluq" və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan "Pazırık" xalçaları daxildir.

Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Mehriban_Əliyeva#Gürcüstan

Oxşar Xəbərlər

"Haber Global": İlham Əliyev Tbilisidə vacib mesajlar verdi - Cənubi Qafqaz sülh və əməkdaşlıq mərkəzinə çevrilir - VİDEOSiyasət

"Haber Global": İlham Əliyev Tbilisidə vacib mesajlar verdi - Cənubi Qafqaz sülh və əməkdaşlıq mərkəzinə çevrilir - VİDEO

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gürcüstana səfəri barədə süjet hazırlayıb.

Bu gün
17:430
Yaxın Şərqin son 24 saatı: Dəhşətli savaş, yoxsa danışıqlar? - VİDEOSiyasət

Yaxın Şərqin son 24 saatı: Dəhşətli savaş, yoxsa danışıqlar? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İran qarşıdurmasındakı son gedişat müzakirə edilib.

Bu gün
17:200
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTOSiyasət

Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Bu gün
15:470
Azərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEOSiyasət

Azərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEO

Türkiyənin "Haber Global" telekanalında yayımlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərinə geniş yer verilib.

Bu gün
15:430