
İcraçı direktor: "Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək"
"Azərbaycan-Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür".
"Azərbaycan-Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür".
Gundem.today "Report"a istinadla xəbər verir ki, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib.
Beynəlxalq əməkdaşlığa toxunan Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur:
"Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan-Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istərdik. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülmüş, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır".
Ə.İsmayılov hər il keçirilən Şuşa Qlobal Media Forumuna toxunaraq qeyd edib ki, bu forum Prezident İlham Əliyevin iştirakı ilə baş tutur və qlobal media trendlərinin təhlili, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ imkanların araşdırılması və qlobal təhlükəsizlik üçün xüsusi əhəmiyyət daşıyan bir çox məsələlər ətrafında müzakirələrin aparılması, konstruktiv dialoqların və təcrübə mübadiləsinin təşviqi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, o cümlədən dünyaca məşhur media simaları üçün mühüm platforma rolunu oynayır:
"Onu da qeyd etmək istərdik ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir, bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İKTİstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir - FOTO
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti - "Stratcom Summit 26" keçirilir.
İKTƏhməd İsmayılov: "Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir"
Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitində Azərbaycanın rəqəmsal inkişaf, elektron hökumət, süni intellekt və innovasiya siyasəti barədə məlumat verib. Dövlətin rəqəmsal transformasiya hədəfləri açıqlanıb.
İKT"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı
"OpenAI" şirkəti daxili müzakirələr fonunda çatbotda "böyüklər rejimi"nin buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb.
İKTSmartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı
"Android Authority" saytının jurnalistləri "Samsung" smartfonlarında yeni cihaz alındıqdan sonra söndürülməsi tövsiyə olunan funksiyaları açıqlayıblar.