
İdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO
Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.
Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.
Gundem.today xəbər verir ki, bu barədə İTV-nin videomaterialında deyilir.
Sosial şəbəkələrdə idmançıya xas bədən görüntüləri, sürətli nəticə vəd edən reklamlar və məşqçi tövsiyələri bu məhsulları gündəlik həyatın bir hissəsinə çevirib. Bəs bu artan marağın arxasında nə dayanır? Və bu məhsullar nə dərəcədə təhlükəsizdir?
Mütəxəssislər deyirlər ki, insanların əksəriyyəti qısa zamanda nəticə əldə etmək istəyirlər. Bu isə onları bir çox hallarda qida əlavələrinə yönəldir. İdman zalına gələnlərin çoxu artıq məşqin ilk günlərindən etibarən müxtəlif əlavələrlə maraqlanır.
Həkimlər isə məsələyə daha ehtiyatla yanaşırlar. Onların fikrincə, qida əlavələri dərman vasitəsi deyil və onların nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yarada bilər. Xüsusilə böyrək, qaraciyər və ürək-damar problemləri olan şəxslər üçün bu məhsullar daha təhlükəlidir. Belə ki, bəzi əlavələr orqanizmdə əlavə yük yaradır, maddələr mübadiləsini sürətləndirir və bu da uzunmüddətli istifadədə müxtəlif fəsadlara yol aça bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndindən keçən hissəsində, Gilçay üzərindəki körpüdə yaranan vəziyyət sürücülərin narahatlığına səbəb olub. Körpü üzərindəki problem sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
CəmiyyətVado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA
Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.
CəmiyyətAzərbaycan Dillər Universitetinin doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.
CəmiyyətSon günlər yolları sıradan çıxaran səbəb nədir? - VİDEO
Son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissəsində, xüsusilə, kənd və qəsəbələrdə, eləcə də yollarda iri çalalar və dərin quyular əmələ gəlib.