Son dəqiqə
Corciya ştatında meşə yanğınları 90-a yaxın evi məhv edib - VİDEODövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı"Penaltidir, ya yox?" - UEFA prezidenti əllə oyun qaydasına "üsyan etdi""Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcəkAğdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunubİlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfər şamil olunacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Siyasət

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Bu gün
12:12
0 baxış
Paylaş:

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Gundem.today President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 (iki min yeddi yüz əlli) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 500,0 (bir min beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bununla bağlı Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 (üç) milyon manat vəsait ayrılıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev

Oxşar Xəbərlər

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfər şamil olunacaq?Siyasət

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfər şamil olunacaq?

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Bu gün
13:280
İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?Siyasət

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Bu gün
13:280
Rəsmi Bakı Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyibSiyasət

Rəsmi Bakı Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

"23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik".

Bu gün
12:480
Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYASiyasət

Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA

"23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik".

Bu gün
12:480