Son dəqiqə
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTOİçərisində xəstə olan təcili yardım avtomobili qəzaya uğradıPekində dünyanın ən böyük avtomobil sərgisi açılıb - VİDEOAzərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHIEvlənmək istəyən 700-dən çox şəxsdə talassemiya daşıyıcılığı aşkarlandıAzərbaycan Kubokunun final oyununun keçiriləcəyi meydan məlum olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?
İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?
Siyasət

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?

Bu gün
13:28
0 baxış
Paylaş:

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

Gundem.today xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İkinci_Dünya_müharibəsi#birdəfəlik_maddi_yardım#Prezident_sərəncamı#müharibə_veteranları#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi#Qələbənin_81-ci_ildönümü#arxa_cəbhə_işçiləri#sosial_ödənişlər.

Oxşar Xəbərlər

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfər şamil olunacaq?Siyasət

İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfər şamil olunacaq?

Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

Bu gün
13:280
Rəsmi Bakı Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyibSiyasət

Rəsmi Bakı Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

"23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik".

Bu gün
12:480
Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYASiyasət

Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA

"23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik".

Bu gün
12:480
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAMSiyasət

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibində dəyişiklik edilib.

Bu gün
12:160