
İlham Əliyev Banqladeş prezidentini təbrik edib
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.
Gundem.today President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"
"Ermənistan və Azərbaycan arasında mövcud sülh gərgin regional şəraitdə qalaraq öz həyat qabiliyyətini artıq sübut edib".
Siyasətİslam dünyasından diplomatik təşəbbüs: ABŞ-İran-İsrail müharibəsi ilə bağlı MÜHÜM ADDIM
Türkiyə, Misir və Pakistanın hazırda İran və ABŞ arasında vasitəçi kimi çıxış etməsi müzakirə mövzusudur. Beynəlxalq kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, sözügedən ölkələr tərəfindən gərginliyin azaldılmasını təmin etmək məqsədilə tərəflərə mesajlar ötürülüb. Bəs bu nə dərəcədə realdır və bu üç ölkəni vasitəçiliyi müharibəyə son qoymaq üçün yetərlidirmi?
Siyasətİrana sanksiyaların tam ləğvi və Hörmüzə nəzarət razılaşması hazırlanır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
SiyasətLaricaninin yerinə təyin edilən Məhəmməd Baqer Zolqədr KİMDİR? - FOTO
İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə Məhəmməd Baqer Zolqədr təyin edilib. Onun adı ictimaiyyətə sələfi qədər tanış olmasa da, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ehtiyatda olan komandiri kimi əsas fiqurlardan olub. Yeni katib əvvəllər İranın məhkəmə sistemində, Daxili İşlər Nazirliyində də mühüm postlara yiyələnib.