
İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1.2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olunub.
Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.
Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
SiyasətAzərbaycan Pakistana humanitar yardım göstərib - FOTO
2025-ci ildə Pakistanın Sind əyalətində baş vermiş güclü daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə humanitar yardım təşəbbüsü həyata keçirilib.
SiyasətÖlkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Siyasətİlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.