Son dəqiqə
Cari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş veribAşağı pillələrə yuvarlanan "Tottenhem" psixoloqa müraciət etdiABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEOHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIWUF13 və AFFA-nın birgə seminarı keçirilibVahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərar
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Dünya

Rusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO

Bu gün
15:08
0 baxış
Paylaş:

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.

Gundem.today xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, "Dünyanın ən təhlükəsiz ölkəsində" daşınmaz əmlaka olan tələbat üç dəfə artıb.

Məlumata əsasən, Yaxın Şərqdə baş verən hadisələr fonunda Yeni Zelandiya rieltorları daşınmaz əmlak seçimi ilə bağlı rusiyalı zənginlərdən müraciətlərin kəskin artdığını bildirirlər. Əsasən, rusdilli icmanın olduğu şəhərlərə üstünlük verilir. Bunlara Oklənd, Vellinqton və Kraystçörç daxildir.

Daşınmaz əmlakın qiyməti 23 milyon rubldan (təxminən 500 min manat) başlayır və 200 milyona (təxminən 4.5 milyon manat) qədər çatır. Yeraltı sığınacaqları olan kotteclər xüsusi VIP seqment hesab olunur. Yerli agentliklərin verdiyi məlumata görə, bu cür obyektlər yalnız yoxlanışdan keçmiş elit müştərilərə göstərilir. Eyni zamanda, hazır evə əlavə olaraq bunker də tikdirmək mümkündür. Bunun xərci isə dörd milyondan (təxminən 90 min manat) 40 milyon rubla (təxminən 900 min manat) qədər dəyişir.

Hazırda ən ucuz variant - partlayışa və qaza davamlı lükü, həmçinin sukeçirməz kompozit konstruksiyası olan kiçik otaqdır. Əlavə olaraq hava filtrasiyası sistemləri (kimyəvi, bioloji, radioloji, partlayışdan qorunan və nüvə), eləcə də alov və qığılcımların yayılmasının qarşısını alan xüsusi qoruyucu avadanlıqlar quraşdırmaq olar. Daha bahalı təkliflər isə tamölçülü yeraltı mənzillərdir. Lüks bunkerlər çoxuşaqlı ailələri və bütöv qrupları yerləşdirmək imkanına malikdir. Onlar tam təchiz olunub və orada uzun müddət yaşamaq mümkündür.

Lakin bəzi nüanslar mövcuddur. "Təhlükəsiz ölkədə" hazır evləri indi yalnız yaşamaq icazəsi olanlar və ya zəngin investorlar üçün nəzərdə tutulmuş yerli "qızıl viza" sahibləri ala bilərlər. Digər əcnəbilərə isə yalnız yeni tikililərdəki mənzilləri, xüsusi kompleksləri və torpaq sahələrini almağa icazə verilir. Rusiya vətəndaşları məhz bu imkandan istifadə edirlər. Onlar torpaq sahələri alaraq, orada təqribən 100 kvadratmetr sahəsi olan sığınacaqlı evlər tikirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yeni_Zelandiya_daşınmaz_əmlak#bunkerli_evlər#rusiyalı_iş_adamları#Üçüncü_Dünya_müharibəsi_sığınacaq#Oklənd_ev_alqı-satqısı#qızıl_viza_Yeni_Zelandiya#yeraltı_bunker_qiymətləri#təhlükəsizlik#nüvə_sığınacaqları#daşınmaz_əmlak_investisiyası#xaricdə_ev_almaq.

Oxşar Xəbərlər

ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEODünya

ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEO

ABŞ-nin Nyu-York ştatının Kvins şəhərində yaşayış binasında baş verən yanğın yaxınlıqdakı kilsəyə keçib.

Bu gün
16:120
İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirDünya

İlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verir

Alimlərin apardıqları araşdırmalar göstərib ki, İlon Mask tərəfindən yaradılan "Grok" çatbotu istifadəçilərin zərərli illüziyalarını dəstəkləməklə yanaşı, yeni yanlış fikirlər də formalaşdırır.

Bu gün
15:560
İlon Maskın şirkəti robot-taksilərin satışına başladıDünya

İlon Maskın şirkəti robot-taksilərin satışına başladı

ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.

Bu gün
15:400
Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdıDünya

Yaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdı

Yaxın Şərq münaqişəsi ilə əlaqədar yaranan qlobal enerji böhranı Sinqapurun Rusiyadan neft məhsulları idxalını kəskin şəkildə çoxaltması ilə nəticələnib.

Bu gün
15:320