Son dəqiqə
Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıbTbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜATBakıda külək güclənəcək - XƏBƏRDARLIQAbşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir?Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOAğdərədə minaya düşən Xocalı sakininin VƏZİYYƏTİ AÇIQLANIB
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Kriminal

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT

Bu gün
15:48
0 baxış
Paylaş:

Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.

Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.

Gundem.today bu barədə "Pirveli TV"yə istinadən xəbər verir.

Qeyd olunub ki, iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib.

Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib.

İstintaq materiallarına əsasən, İ.Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.

İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.

Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Gürcüstan#Tbilisi#Qətl_hadisəsi

Oxşar Xəbərlər

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEOKriminal

Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.

Dünən
10:000
28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldıKriminal

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Dünən
21:120
Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?Kriminal

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir?

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Dünən
18:000
Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təqsirləndirilir?Kriminal

Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təqsirləndirilir?

Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Dünən
18:000