
"İmperatorun sonu": Ağ buzlaqların tək sahibləri niyə tarixə qovuşur?
Antarktidada yaşayan imperator pinqvinləri nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil edilib.
Antarktidada yaşayan imperator pinqvinləri nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil edilib.
Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) məlumat yayıb.
Bildirilib ki, bu növ artıq rəsmi olaraq "təhlükə altında" statusu alıb. Proqnozlara görə, 2080-ci illərə qədər imperator pinqvinlərinin sayı iki dəfə azala bilər. Hazırda onların sayı təxminən 595 min fərd olaraq qiymətləndirilir.
Qeyd olunur ki, yalnız 2009-2018-ci illər ərzində populyasiya 10% azalıb ki, bu da 20 mindən çox yetkin fərdin itirilməsi deməkdir.
Alimlər bu azalmanın əsas səbəbi kimi Antarktidada dəniz buzlaqlarının sürətlə əriməsini göstərirlər. İmperator pinqvinlərinin çoxalması üçün buz örtüyü həyati əhəmiyyət daşıyır. Onlar ilin doqquz ayını sahilə bitişik buzlar üzərində keçirir, balalarını da məhz burada dünyaya gətirib böyüdürlər.
Buzlaqların vaxtından əvvəl parçalanması pinqvin balalarının hələ üzmək üçün lazımi lələk örtüyü formalaşmadan suya düşməsinə və tələf olmasına səbəb olur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada vəftiz mərasimi zamanı faciə: Pastor qadın kişini suda boğub
Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib.
DünyaÇində 89 yaşlı qadın 27-ci mərtəbədən divarla enərək xilas olub
Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.
DünyaGündə yeddi saatdan az yatanların NƏZƏRİNƏ
Məşhur rusiyalı somnoloq, tibb elmləri namizədi Aleksandr Kazaçenko vaxtından əvvəl ölüm riskini artıran amillər barədə xəbərdarlıq edib.
DünyaDünyanın ən hündür yaşayış olmayan binası: 18 il sonra tikintisi başa çatır - FOTO
Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir.