
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".
"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".
Gundem.today xəbər verir ki, bu açıqlamanı Mədəniyyət Nazirliyi yayıb.
Bildirilib ki, imtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.
Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 14 733 müraciət qeydə alınıb. Namizədlərdən 12 954 nəfər musiqi, 1 210 nəfər rəssamlıq, 569 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edəcək.
İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də "MyCulture" vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.
Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi 250 ton texniki duz satın almağı planlaşdırır.
CəmiyyətNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
CəmiyyətBinədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətSabah 19 dərəcə isti olacaq - 24.04.2026
Azərbaycanda aprelin 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.