
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" öz meydanında uduzdu
İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Mançester Yunayted" - "Lids Yunayted" matçı keçirilib.
İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Mançester Yunayted" - "Lids Yunayted" matçı keçirilib.
Gundem.today xəbər verir ki, qarşılaşma "Lids Yunayted"in gözlənilməz qələbəsi ilə yekunlaşıb - 1:2.
Qonaqlardan Noa Okafor 5 və 29-cu dəqiqələrdə vurduğu qollarla komandasını hesabda önə çıxarıb. Kazemiro 69-cu dəqiqədə hesab arasındakı fərqi birə endirib. "Mançester Yunayted"in bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Lisandro Martines 56-cı dəqiqədə qırmızı vərəqə alaraq Mançester təmsilçisini azlıqda qoyub.
"Mançester Yunayted" 55 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Lids Yunayted" 36 xalla 15-ci yerdədir. Turnir cədvəlinə isə 70 xalla "Arsenal" başçılıq edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanKarluş Keyruş Qana yığmasının baş məşqçisi oldu
Oman millisinin keçmiş məşqçisi Karluş Keyruş Qana yığmasının sükanı arxasına keçib.
İdmanKriştianu Ronaldu 45 yaşında mundialda iştirak edə biləcəyini bildirib
"Ən-Nəsr"in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 2030-cu il dünya çempionatında mümkün iştirakı barədə danışıb. Bu turnir keçirilən zaman futbolçunun 45 yaşı olacaq.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" öz meydanında uduzdu - VİDEO
İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Mançester Yunayted" - "Lids Yunayted" matçı keçirilib.
İdmanLamin Yamal futbolçular arasında öz kumirinin adını açıqlayıb
"Barselona"nın vingeri Lamin Yamal "Santos"un braziliyalı hücumçusu Neymarı futbolçular arasında öz kumiri adlandırıb.