
İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır - FOTO
İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Bu barədə Gundem.today-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, drenaj sistemlərinin olmadığı yollarda ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur.
"Həmçinin elə ərazilər də var ki, orada iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud deyil. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər.
Mütəmadi olaraq tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur.
Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunub. Proseslərə müxtəlif funksiyaya malik texnikфlar da cəlb olunub. Qeyd edək ki, görülən işlər problem tam həll olunanadək davam etdiriləcək", - məlumatda deyilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Gözümüzü açandan qayaya mismar vurublar" - Stalinin də baş çəkdiyi məkanda arzular çin olur? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən qaya parçası illərdir qeyri-adi bir inancın mərkəzinə çevrilib. Yerli əhalinin sözlərinə görə, övlad həsrəti çəkən şəxslər bu qayaya mismar vurduqda arzularının çin olacağına inanırlar.
CəmiyyətAt və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - VİDEO
Azərbaycanda rəsmi statistikaya görə, mal-qara, qoyun və keçilərlə yanaşı, ətinin yeyilməsinə üstünlük verilməyən at və uzunqulaqların da sayı azalır. Təkcə 2025-ci ildə uzunqulaqların sayı 2 398 baş azalıb. Həmçinin 2025-ci ilin yanvarın 1-nə ölkədə 49 400 baş at qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 3 700 baş azalma deməkdir.
Cəmiyyət"Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.
CəmiyyətBakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.