Son dəqiqə
Konstitusiya Məhkəməsi: "Şübhəli şəxsə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ağlabatan vaxt bölgüsü müəyyənləşdirilməlidir"Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdürXaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDUBirinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARIHalkın yeni klubu bəlli olduTofiq Zülfüqarov: "Okamponun "xidməti" Aİ-nin siyasətinin "çirkli mətbəxi"ni ictimaiyyətə göstərdi"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının növbəti iclası keçirildi
İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının növbəti iclası keçirildi
Siyasət

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının növbəti iclası keçirildi

30 aprel 2026
17:04
0 baxış
Paylaş:

Aprelin 30-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Aprelin 30-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Gundem.today-ın xəbərinə görə, baş nazirin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov iclası açaraq bildirib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlanıb:

"Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyən edib və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir".

İclasda qeyd edilib ki, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalıb. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı dünya ölkələrinin böyük əksəriyyətinin nümayiş etdirdiyi birgə səylərə Azərbaycan öz töhfəsini verib. Məhz Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi - "Yeni Kollektiv Kəmiyyət Hədəfi" üzrə konsensusa nail olunub.

Bakıda qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi, habelə "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası"nın layihəsi, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilib, bunların ətrafında müzakirələr aparılıb.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələlələri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir. O vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi tərəfindən Komissiya üzvləri 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) nəticələri və ölkəmiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb.

Eyni zamanda, 2026-cı il 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 sessiyasına hazırlıq işlərinin aidiyyəti qurumlar tərəfindən vaxtında başlanmasının zəruriliyi vurğulanıb.

İclasın yekununda Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Xarici_İşlər_Nazirliyi_(XİN)#Samir_Şərifov#Muxtar_Babayev#Ekologiya_və_Təbii_Sərvətlər_Nazirliyi_(ETSN)#Avropa_İttifaqı_(Aİ)#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#COP29#BMT-nin_İqlim_Dəyişmələri_üzrə_Çərçivə_Konvensiyası

Oxşar Xəbərlər

Tofiq Zülfüqarov: "Okamponun "xidməti" Aİ-nin siyasətinin "çirkli mətbəxi"ni ictimaiyyətə göstərdi"Siyasət

Tofiq Zülfüqarov: "Okamponun "xidməti" Aİ-nin siyasətinin "çirkli mətbəxi"ni ictimaiyyətə göstərdi"

"Keçmiş beynəlxalq prokuror Luis Moreno Okamponun məqsədi pul qazanmaq olduğu üçün öz lobbiçilik xidmətlərini kimlərəsə təqdim etməyi yeganə imkan kimi görür".

Bu gün
11:180
Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldıSiyasət

Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı

Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.

Bu gün
10:240
Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcəkSiyasət

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu gün
10:140
Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - VİDEOSiyasət

Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - VİDEO

Daha əvvəl "Minval Politika" Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun və onun ətrafının Azərbaycan əleyhinə kampaniyanı müzakirə edərkən faktiki olaraq özlərini ifşa etdikləri videoyazılardan ibarət silsilə materiallar dərc etmişdi. Bu açıqlamalardan belə nəticə çıxır: söhbət "dəyərlərdən" və "prinsiplərdən" yox, erməni lobbisinin, Avropa siyasətçilərinin və Rusiyanın erməni biznes dairələri ilə əlaqəli maliyyə axınlarının iştirakı ilə qurulmuş sistemli təzyiq mexan

Bu gün
09:460