
Tofiq Zülfüqarov: "Okamponun "xidməti" Aİ-nin siyasətinin "çirkli mətbəxi"ni ictimaiyyətə göstərdi"
"Keçmiş beynəlxalq prokuror Luis Moreno Okamponun məqsədi pul qazanmaq olduğu üçün öz lobbiçilik xidmətlərini kimlərəsə təqdim etməyi yeganə imkan kimi görür".
"Keçmiş beynəlxalq prokuror Luis Moreno Okamponun məqsədi pul qazanmaq olduğu üçün öz lobbiçilik xidmətlərini kimlərəsə təqdim etməyi yeganə imkan kimi görür".
Bu sözləri Gundem.today-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo Argentinadan asılı bir insandır:
"Onun məqsədi pul qazanmaqdır. Okampo başa düşür ki, yeganə imkanı öz lobbiçilik xidmətini kimlərəsə təqdim etməkdir. Əvvəllər xidmətləri və əməkdaşlığı Ermənistan ilə bağlı olub. Lakin artıq bu cür xidmətlər lazım olmadığına görə, o, özünə yer tapmağa çalışır. Okamponun ortaya çıxardığı videoların əhəmiyyəti ondan ibarətdir ki, artıq ictimaiyyət Avropa İttifaqının siyasətinin görünməyən hissəsinə bələd olub. Siyasətdə "çirkli mətbəx" deyilən anlayış var. Bu, siyasətin görünməyən hissəsi deməkdir. Avropa İttifaqında siyasətin bu şəkildə həyata keçirilməsi heç kəs üçün sirr deyildi. Sadəcə olaraq ictimaiyyət bunu bilmirdi. Videolardan ictimaiyyətə açıq şəkildə bəlli olur ki, bu insanlar təmtəraqlı bəyanatlar, hansısa populist addımlar ilə belə məqsəd güdürlər, satılmış korrupsioner ünsürlər olaraq qalırlar".
O həmçinin vurğulayıb ki, Okamponu vaxtilə bu çirkin əməllərə görə beynəlxalq qurumlardan qovublar:
"O, indi də sakit dayanmır, bu və ya digər şəkildə öz "bacarıqlarını" kimlərəsə satmağa çalışır. Okampo görür ki, Ermənistan hakimiyyəti ona pul vermir, çünki artıq onun "xidmətləri" heç kimə lazım deyil. İndi də Ermənistana müxalif olan qüvvələrə "xidmətlərini" təqdim etməyə çalışır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParlamentlərarası İttifaqın baş katibi Zəfər parkını ziyarət edib - FOTO
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq mayın 4-də Zəfər parkını ziyarət ediblər.
SiyasətNaxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı
Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.
SiyasətAzərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
SiyasətOkampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - VİDEO
Daha əvvəl "Minval Politika" Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun və onun ətrafının Azərbaycan əleyhinə kampaniyanı müzakirə edərkən faktiki olaraq özlərini ifşa etdikləri videoyazılardan ibarət silsilə materiallar dərc etmişdi. Bu açıqlamalardan belə nəticə çıxır: söhbət "dəyərlərdən" və "prinsiplərdən" yox, erməni lobbisinin, Avropa siyasətçilərinin və Rusiyanın erməni biznes dairələri ilə əlaqəli maliyyə axınlarının iştirakı ilə qurulmuş sistemli təzyiq mexan