
İran ABŞ ilə sülh razılaşması üçün əsas şərtini açıqladı
"Tehranla saziş bağlamaq üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır".
"Tehranla saziş bağlamaq üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır".
Gundem.today "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Onun sözlərinə görə, ABŞ birtərəfli hərəkətlərdən imtina etməli və dialoqa yanaşmada öz iradəsini zorla qəbul etdirmək cəhdlərini dayandırmalıdır.
"Ümumilikdə, danışıqlarda irəliləyiş əldə etmişik, lakin hələ də çoxlu boşluqlar və bəzi fundamental məqamlar qalır. ABŞ İran xalqının etimadını necə qazanacağına qərar verməlidir. Bu, Vaşinqtonun atmalı olduğu ən vacib addımdır", - deyə Məhəmməd Baqir Qalibaf bildirib.
Parlament sədri Tehranın tədrici addımlar siyasətinə sadiq qaldığını da vurğulayıb.
"Bu o deməkdir ki, saziş bağlanacağı təqdirdə hər iki tərəf öhdəliklərini sinxron şəkildə yerinə yetirməlidir. İranın addımı ABŞ-nin addımı ilə müşayiət olunmalıdır. Bir tərəfin öhdəliklərini yerinə yetirib, digər tərəfin bunu etməməsi qəbuledilməzdir", - deyə o izah edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLukaşenkodan gözlənilməz etiraf: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin yeni rəhbəri onun həyatdan getməsindən xeyli əvvəl ortaya çıxacaq.
DünyaTailand gəmisi Hörmüz boğazından çıxdı
Tailand Xarici İşlər Nazirliyinin (XİN) təhlükəsiz keçidin təmin edilməsi barədə sorğusundan sonra bu ölkəyə məxsus gəmi Hörmüz boğazından çıxıb.
DünyaPezeşkian: "Tramp İranın təqsirinin nə olduğuna cavab vermir"
İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsasının olmadığını bildirib.
Dünyaİsrail Livanda yeni itkilər verib
İsrail ordusu Livanın cənubunda yeni itkilər verib.