
İran ABŞ-nin şərtlərini qəbul edəcəkmi? - Münaqişənin yeni mərhələsi başlayır
Amerika Birləşmiş Ştatları müharibəni bitirmək üçün İrana 15 maddəlik plan təklif edib, İslam Respublikası isə qarşılığında öz şərtlərini irəli sürüb. Rəsmi Tehran Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması, Hörmüz boğazı üzərində suverenliyin Tehranın təbii və qanuni hüququ olaraq tanınması, həmçinin ona qar
Amerika Birləşmiş Ştatları müharibəni bitirmək üçün İrana 15 maddəlik plan təklif edib, İslam Respublikası isə qarşılığında öz şərtlərini irəli sürüb. Rəsmi Tehran Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması, Hörmüz boğazı üzərində suverenliyin Tehranın təbii və qanuni hüququ olaraq tanınması, həmçinin ona qarşı sanksiyaların yumşaldılmasını tələb edib.
Bəs bu tələblər yerinə yetirilə bilərmi? Həmçinin, mövcud proseslər münaqişənin gələcəyinə necə təsir edəcək?
Sualları Gundem.today-a cavablandıran politoloq Natiq Miri bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp müharibəni uzunmüddətli etmək istəyində deyil:
"Çünki həm qlobal iqtisadi böhran, neft qiymətlərinin artması, eyni zamanda ABŞ daxilində ictimai rəyin Donald Tramp hakimiyyətinə qarşı çevrilməsi ehtimalı çox böyükdür. Yəni prosesin uzanması Ağ Ev rəhbərinin Birləşmiş Ştatlarda siyasi nüfuzunun sürətlə enməsinə gətirib çıxara bilər. Çünki noyabr ayında Konqresdə aralıq seçkiləri keçiriləcək və Trampın İranla bağlı qarşıdurmada qarşıya qoyduğu hədəflərə birmənalı olaraq çata bilməməsi, İranın nüvə planının hələ də qalması, ballistik raket və dronlardan istifadə edərək bütün region ölkələrinə təhlükə yaratma qabiliyyətinin mövcudluğu həm İsrail, həm də ABŞ adına məğlubiyyətdir. Belə bir məğlubiyyəti ABŞ ictimaiyyətinə anlatmaq mümkün deyil. Bu baxımdan Donald Tramp müharibənin uzun sürməsini istəmir".
"Ancaq üfüqdə bir də diplomatik danışıqlar ehtimalı mövcuddur. Bir tərəfdə Pakistanın, digər tərəfdə Türkiyənin vasitəçiliyi ilə ABŞ-İran arasında danışıqlara təşəbbüs edilir. Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi 15 maddəlik planın da indiki vəziyyətdə İran tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür. Ona görə ki, İranda bu gün qərar verəcək mülki dövlət institutları demək olar ki, yox dərəcəsindədir. İstər prezident Məsud Pezeşkian və onun komandası, istərsə də ali rəhbər və onun ətrafı kontekstində hansısa qərarların praktik qəbulu, həyata keçirilməsi real görünmür. Müctəba Xamenei ali rəhbər elan olunduğundan bəri kimsə onun üzünü görməyib. Bütün bu faktların hamısı göstərir ki, hakimiyyət bir mənalı olaraq SEPAH-ın nəzarətindədir. Qərarları verəcək şəxslər də onun rəhbərliyidir. Bu baxımdan, nə prezident, nə xarici işlər naziri, nə parlamentin sədri kimi şəxslər birmənalı olaraq önə çıxıb bütün məsuliyyəti üzərinə götürərək ABŞ ilə anlaşmağa risk etmirlər", - deyə ekspert vurğulayıb.
Müsahibimiz diplomatik danışıqlarla bağlı səslənən iddialara da münasibət bildirib:
"Donald Tramp əsasən bu cür açıqlamalarla bir tərəfdən dünya neft bazarında qiymətin qalxmasının qarşısını almağa çalışır. Çünki fikir verirsinizsə, bu cür qeyri-müəyyən açıqlamalar olmadan ABŞ və İsrailin hücumları kontekstində brend markalı neftin qiyməti 110-120 dollara qədər yüksəldi. Ancaq sonradan Donald Trampın diplomatik danışıqlar və İranın enerji obyektlərinin vurulması ilə bağlı paralel fikirləri, İrana 5 günlük zaman verilməsinə dair açıqlaması dünya neft bazarında qiymətin aşağı düşməsinə şərait yaratdı. Yəni burada Trampın dediklərinin nə qədər həqiqət olub-olmamasına deyil, niyə bu fikirlərin səsləndirilməsinə diqqət olunmalıdır".
"ABŞ-İsrail-İran qarşıdurmasının taleyi Hörmüz boğazının açılması və İranın iqtisadi arteriyası sayılan Xarq adasının kimin nəzarətində qalmasından asılı olacaq. Yəni Xarq adasına və Hörmüz boğazına kim nəzarət edəcəksə, bu qarşıdurmada qalib də o olacaq. Bu baxımdan, yaxın günlərdə quru əməliyyatlarının həyata keçirilməsi də istisna deyil. İndiki vəziyyətdə də diplomatik danışıqlar aparılması görüntüsü yaratmaqla, düşünürəm ki, Donald Tramp quru əməliyyatlarının keçirilməsi ilə bağlı hazırlıqları da tamamlamaq istəyir", - deyə analitik fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətTrampın İrana 10 günlük möhləti: Sülh şansı, yoxsa hərbi hiylə? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" proqramında ekspertlər və millət vəkilləri Yaxın Şərqdə artan ABŞ-İran gərginliyini, quru müharibəsi ehtimalını təhlil ediblər.
SiyasətCeyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub
Martın 27-də Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli normallaşma prosesini və regional məsələləri müzakirə ediblər.
Siyasətİlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub - FOTO
Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan Prezidenti İlham Əliyevin Bakıdakı Gürcüstan səfirliyini ziyarət edərək Katalikos-Patriarx II İlyanın vəfatı ilə əlaqədar başsağlığı verməsi barədə xəbərlər yayımlayıb.
SiyasətMark Rutte: "Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır"
"Şimali Atlantika Alyansı (NATO) Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan nəzərə çarpacaq tərəqqini müsbət qiymətləndirir".