
İran Azərbaycana təşəkkür edib
"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".
"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini bildirib ki, İran Türkiyə, Azərbaycan və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir:
"Ermənistan da daxil olmaqla, regionun bütün ölkələri ilə münasibətlərimiz müsbətdir".
Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:
"Region ölkələrindən aldığımız həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.
SiyasətCeyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb.
SiyasətTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.
SiyasətElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"
"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".