
Kürdə suyun səviyyəsi ARTDI - VİDEO
Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib:
"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda, su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəmmədlinin üfunətdən keçilməz olan küçəsində SON VƏZİYYƏT - FOTO - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
CəmiyyətBakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib - FOTO
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədovun vəzifəsindən azad olunmasının səbəbi məlum olub.
CəmiyyətLökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bakıda Kənar Dairəvi yoldan Lökbatan istiqamətində kilometrlərlə uzanan tıxac müşahidə olunur.