
İran və ABŞ arasında növbəti danışıqların tarixi açıqlandı
İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsinin keçiriləcəyi vaxt məlum olub.
İran və ABŞ arasında birbaşa danışıqların növbəti mərhələsinin keçiriləcəyi vaxt məlum olub.
Gundem.today xəbər verir ki, bu barədə "The Atlantic" jurnalının müəllifi Araş Əzizi "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Müəllifin sözlərinə görə, tərəflər arasında danışıqlar aprelin 16-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək. Məlumatın Tehrandakı mötəbər mənbəyə istinadən yayıldığı bildirilir.
Misir, Pakistan və Türkiyədən olan vasitəçilər bitəcək atəşkəs razılaşmasından öncə, aprelin 21-də mövcud problemləri həll etmək və sülh müqaviləsi bağlamaq məqsədilə yaxın günlərdə ABŞ və İran ilə yeni müzakirələr mərhələsi keçirmək niyyətindədirlər.
Gundem.today xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflər tamamilə dalana dirənməyiblər.
"Qapı hələlik örtülməyib, hər iki tərəf danışıqlar aparır", - deyə məqalədə qeyd olunub.
ABŞ və İran arasındakı danışıqların növbəti mərhələsinin yaxın günlər ərzində keçirilməsi ehtimal olunur.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, həm Vaşinqton, həm də Tehran tərəfindən səsləndirilən sərt bəyanatlara baxmayaraq, gələcək diplomatiya üçün qapılar açıq qalır və tərəflər yaxın bir neçə gün ərzində yeni görüş təşkil edə bilərlər.
Bundan əvvəl amerikalı hərbi analitik və dəniz piyadaları korpusunun keçmiş zabiti Brayan Berletik ABŞ və İranın İslamabaddakı danışıqlarının iflasa uğradığını bildirmişdi. Onun fikrincə, buna səbəb ABŞ tərəfinin beynəlxalq hüquq normalarına uyğun gəlməyən və faktiki olaraq danışıqlar adı altında pərdələnmiş məcburetmə xarakterli şərtləri irəli sürməsi olub.
Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində razılığa gələ bilməyiblər. Gözlənilən yeni danışıqlar raundunun detalları isə hələlik məlum deyil.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBlokadaya məhəl qoymayan bir neft tankeri Hörmüz boğazından keçib
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq əmrinin qüvvəyə minməsindən sonra bir neft tankeri həmin boğazdan keçib. Bununla da, gəmi ABŞ-yə meydan oxuyub.
DünyaObama sirri açdı: Kraliça II Yelizaveta "Brexit"ə qarşı imiş
ABŞ-nin sabiq prezidenti Barack Obama Böyük Britaniya kraliçası II Yelizavetanın ölkənin Avropa İttifaqından çıxmasına qarşı olduğunu bildirib.
DünyaAİ Peter Madyara 27 şərt irəli sürdü
Avropa İttifaqı (Aİ) Macarıstanda parlament seçkisində qalib gələn Peter Madyara 35 milyard avroluq Avropa subsidiyalarının dondurulmasının aradan qaldırılması üçün 27 şərt irəli sürüb.
DünyaÖmer Çelik: "Uqanda ilə bağlı səsləndirilən fikirlər əsassızdır"
Türkiyənin hakim partiyasının sözçüsü Ömər Çelik Uqanda ilə bağlı səsləndirilən bəzi açıqlamalara münasibət bildirib.