
İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib.
Məlumata görə, təqsirləndirilən şəxslər Tehranda qumbaraatandan istifadə etməklə silahlı hücum da daxil olmaqla, terror aktlarının təşkilində təqsirli biliniblər. İstintaq və məhkəmə prosesləri başa çatdıqdan sonra hər ikisi edam cəzasına məhkum edilib. İran Ali Məhkəməsi hökmü təsdiqləyib və təqsirləndirilən şəxslər martın 30-da səhər edam ediliblər.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın silahlı bölməsini məhv edib - VİDEO
İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatının silahlı radikallarından ibarət bölməni müəyyənləşdirərək məhv edib.
DünyaRusiya Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynada Zaporojye şəhərində Luqovskoye və Xarkovda Novoosinovo yaşayış məntəqələrini nəzarətə götürüblər.
DünyaABŞ bazasına sirli raket zərbəsi: "Şahab-12" döyüşdə sınaqdan keçirilib? - VİDEO
İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.
Dünyaİslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər
Vaxtilə Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina edən Norveç və İslandiya hazırda təhlükəsizlik qayğıları ilə əlaqədar təşkilata daxil olmağa can atırlar. Bunun başlıca səbəbi kimi Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsi göstərilir.