
ABŞ bazasına sirli raket zərbəsi: "Şahab-12" döyüşdə sınaqdan keçirilib? - VİDEO
İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.
İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətə açıqlayıb.
SEPAH tərəfindən verilən açıqlamaya əsasən, sözügedən zərbə "İraqda İslam Müqaviməti" adlı qruplaşma tərəfindən reallaşdırılıb. Hücum zamanı yüksək partlayış gücünə malik başlıqlarla təchiz edilmiş raketlərdən istifadə edildiyi və hədəfə alınan bazanın ərazisində qatı tüstünün müşahidə olunduğu bildirilib.
Yayılan bəyanatda "Şahab-12" raketinin real döyüş şəraitində ilk dəfə sınaqdan çıxarıldığı vurğulanır. Bununla belə, silahın atış mənzili, ağırlığı və ya növü kimi dəqiq texniki parametrləri barədə hələlik heç bir rəsmi məlumat verilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan İran üçün SON XƏBƏRDARLIQ - Mümkün hücum planlarını AÇIQLADI - FOTO
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında aparılan danışıqların uğursuzluqla nəticələnəcəyi halda İranın bütün enerji infrastrukturunu, neft yataqlarını və Xarq adasını darmadağın edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Dünyaİran XİN-in rəsmisi: "ABŞ ilə heç bir danışığımız olmayıb"
Pakistanın paytaxtı İslamabadda Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə İran təmsil olunmayıb.
Dünyaİrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası
İran İsrailə, habelə Bəhreyn, İraq və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbələr endirib.
Dünyaİsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın silahlı bölməsini məhv edib - VİDEO
İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatının silahlı radikallarından ibarət bölməni müəyyənləşdirərək məhv edib.