Son dəqiqə
İranda partlayış: 14 SEPAH üzvü öldüLuis Enrike PSJ-də çalışdığı dövrdə qarşılaşdığı ən çətin rəqibin adını çəkdiİran ABŞ ilə danışıqların bərpası üçün şərt qoyduYüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEOTramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənirAzərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi
İranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi
Dünya

İranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi

Bu gün
21:36
0 baxış
Paylaş:

Xamenei klanına yaxın olan, İranın ən nüfuzlu ailələrindən biri - Xarrazi ailəsi ölkədə SEPAH-ın sanksiyalardan yayınması və milyonlarla dolların köçürülməsi üçün istifadə etdiyi kriptovalyuta birjasını təsis edib.

Xamenei klanına yaxın olan, İranın ən nüfuzlu ailələrindən biri - Xarrazi ailəsi ölkədə SEPAH-ın sanksiyalardan yayınması və milyonlarla dolların köçürülməsi üçün istifadə etdiyi kriptovalyuta birjasını təsis edib.

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, Xarrazi ailəsindən olan iki qardaş başqa soyadla - Ağamir 2018-ci ildə "Nobitex" birjasını təsis ediblər.

Bu birja paralel maliyyə sistemində mərkəzi qovşağa çevrilib və ABŞ sanksiyalarına baxmayaraq, hətta cari müharibə dövründə belə pul köçürmələrini mümkün edib.

Xarrazi klanı İran hakim elitasında əsas mövqelər tutur. Bu ailənin üzvləri nəsillər boyu ali rəhbərlərə məsləhətlər verib, mühüm vəzifələrdə çalışıblar. Klan İslam Respublikasının ali rəhbərləri ilə - İranın keçmiş lideri Ruhulla Xomeyni, Əli Xamenei və Müctəba Xamenei ilə qohumluq əlaqələrinə malikdir.

"Nobitex" sanksiyalara məruz qalmış təşkilatlar - o cümlədən İran Mərkəzi Bankı və SEPAH ilə əlaqəli yüz milyonlarla dollarlıq əməliyyatları emal edib. Şirkət 11 milyon istifadəçisi olduğunu bildirir ki, bu da ölkə əhalisinin 10 faizindən çoxunu təşkil edir. Sanksiyalar tətbiq edildikdən sonra bir çox iranlılar kriptovalyuta almaq və saxlamaq üçün bu birjadan istifadə ediblər.

"Nobitex"in sanksiyalardan yayınması ilə bağlı sübutları dələduzluğa görə məhkum edilmiş iranlı milyarder təqdim edib. Dekabr ayında o, sosial şəbəkələrdə pul kisəsi ünvanlarını dərc edib və bu da kriptoanalitiklərə sanksiyalardan yayınma sxemini aşkar etməyə imkan verib. Həmin sxemin mərkəzində bu şirkətin dayandığı bildirilir.

Agentliyin məlumatına görə, "Nobitex" İranın dünya bazarlarına "körpü" rolunu oynayır. "Crestal Intelligence" şirkəti tərəfindən aparılmış blokçeyn qeydlərinin təhlili və dörd özəl maliyyə detektivi ilə aparılan müsahibələrə əsasən, İran bu birjadan bank sisteminə çıxışı olmayan müttəfiqlərinə vəsaitlərin ötürülməsi üçün istifadə edir. Birjanın keçmiş əməkdaşlarının "Reuters" agentliyinə verdiyi məlumata görə, onun vasitəsilə sanksiyalara məruz qalan dövlət vəsaitləri də dövriyyəyə buraxılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Seyid_Əli_Xamenei#Dələduzluq_cinayəti#Sosial_şəbəkələr#İslam_İnqilabı_Keşikçiləri_Korpusu_(SEPAH)#Müctəba_Xamenei

Oxşar Xəbərlər

İranda partlayış: 14 SEPAH üzvü öldüDünya

İranda partlayış: 14 SEPAH üzvü öldü

İranın şimal-qərbində İran-İraq müharibəsindən qalma sursatın partlaması nəticəsində SEPAH-ın 14 üzvü ölüb.

Bu gün
22:240
İran ABŞ ilə danışıqların bərpası üçün şərt qoyduDünya

İran ABŞ ilə danışıqların bərpası üçün şərt qoydu

"İran ABŞ tərəfinin öz yanaşmasını dəyişəcəyi, xüsusən də həddindən artıq tələblərdən və təxribat xarakterli hərəkətlərdən imtina edəcəyi təqdirdə Vaşinqtonla danışıqlar prosesini bərpa etməyə hazırdır".

Bu gün
22:120
Tramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənirDünya

Tramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, münaqişənin həlli ilə bağlı İranın təqdim etdiyi təklifin yeni variantı onu qane etmir.

Bu gün
21:520
İran Hörmüz boğazını özünün "atom bombası" adlandırdıDünya

İran Hörmüz boğazını özünün "atom bombası" adlandırdı

"Hörmüz boğazı İranın "atom bombası"dır".

Bu gün
21:460