Son dəqiqə
Ağ Ev: "İrana qarşı müharibəni bitmiş sayırıq"PSJ-nin baş məşqçisi Çempionlar Liqasında rekord müəyyənləşdirdiMüharibədə İrana dəyən ziyanın məbləği açıqlandıVüqar Hüseynov yüksək vəzifəyə təyin olunduHeydər Əliyev prospektində ağır qəza: Bir nəfərin həyatını itirdiyi ehtimal olunur - VİDEONaib Əlizadə sədr təyin olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Siyasət

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

Bu gün
21:48
0 baxış
Paylaş:

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Gundem.today AZƏRTAC-a istinadən məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Ursula fon der Lyayen,

Hörmətli cənab Antonio Kosta,

Hörmətli 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları!

Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır. Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir.

Avropa Cənubi Qafqazla əlaqələrini dərinləşdirdikcə, biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, sizləri Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırıq.

Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir.

30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarların yeri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir.

2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub.

Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz.

Digər vacib humanitar problem Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsidir. Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizi Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edirik. Bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

İnanmaq istərdik ki, Ermənistana qarşıdakı səfəriniz zamanı Azərbaycana ciddi təsir göstərən bu humanitar problemlərin həlli üçün Avropanın kollektiv qətiyyətini nümayiş etdirəcəksiniz.

İmzalar:

1. Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

3. Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

4. Novella Cəfərova - "D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

5. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

6. Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri

7. Rey Qasımov - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri

8. Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

9. Səidə Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

10. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

11. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri

12. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

13. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

14. Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

15. Elşad Eyvazov - "Tərəfsiz Jurnalistlər" İctimai Birliyinin sədri

16. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

18. Zaur Məmmədov - "Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri

19. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

20. Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

21. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öy

#Siyasət#Avropa_İttifaqı_(Aİ)#Ermənistan#Azərbaycan_Respublikası#Avropa_Şurası#Cənubi_Qafqaz

Oxşar Xəbərlər

Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib - FOTOSiyasət

Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib - FOTO

"Bentley Baku" "Art in Motion" simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.

Bu gün
21:180
İranda daxili parçalanma: Əraqçını kimlər "aradan götürmək" istəyir? - VİDEOSiyasət

İranda daxili parçalanma: Əraqçını kimlər "aradan götürmək" istəyir? - VİDEO

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.

Bu gün
21:140
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyibSiyasət

TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib

TÜRKPA baş katibi Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb.

Bu gün
20:420
Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?Siyasət

Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?

Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i

Bu gün
20:060