
İranın yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni detallar məlum oldu
İranın yeni Ali Lideri Müctəba Xamenei müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində aldığı ağır üz və ayaq yaralarından hələ də müalicə olunur.
İranın yeni Ali Lideri Müctəba Xamenei müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində aldığı ağır üz və ayaq yaralarından hələ də müalicə olunur.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ona yaxın mənbələrin verdikləri məlumata əsasən, Tehranın mərkəzindəki kompleksə edilən hücum nəticəsində 56 yaşlı Müctəba Xameneinin üzü tanınmaz hala düşüb, bir və ya hər iki ayağı isə ciddi şəkildə zədələnib.
Agentliyin məlumatlı mənbələrinə əsasən, yaralarının ciddiliyinə rəğmən, Xameneinin şüuru yerindədir və o, yüksəkrütbəli rəsmilərlə keçirilən iclaslara səsli rabitə vasitəsilə qoşulur. Yeni lider müharibə və Vaşinqtonla aparılan müzakirələrə dair həlledici qərarların verilməsində birbaşa iştirak edir.
Fevralın 28-də, yəni müharibənin başladığı gün həyata keçirilən hava hücumundan və martın 8-də atasının varisi təyin edilməsindən sonra Xameneiyə aid heç bir şəkil, video və ya səs yazısı ictimaiyyətə təqdim olunmayıb. İranın BMT-dəki nümayəndəliyi "Reuters"in onun xəsarətlərinin vəziyyəti və ictimaiyyət qarşısına çıxmamasının səbəbləri ilə bağlı sorğularını cavabsız qoyub. Təyinat baş tutduqdan sonra İran dövlət televiziyasının aparıcısı Xameneini müharibədə ciddi yaralanan şəxslər üçün nəzərdə tutulan "canbaz" ifadəsi ilə təqdim edib.
Yaralanma ilə bağlı məlumatlar ABŞ-nin müdafiə naziri Pit Heqsetin martın 13-də Xameneinin "yaralandığı və böyük ehtimalla eybəcər vəziyyətə düşdüyü" ilə bağlı səsləndirdiyi bəyanatla üst-üstə düşür. ABŞ kəşfiyyatına yaxın bir mənbə "Reuters"ə açıqlamasında yeni rəhbərin bir ayağını itirdiyinin ehtimal edildiyini vurğulayıb. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin baş nazirinin ofisi məsələyə münasibət bildirməkdən imtina edib.
İnternet məhdudiyyətlərinə baxmayaraq, İranın sosial şəbəkələrində Xameneinin ortalıqda olmaması geniş şəkildə müzakirə edilir, müxtəlif sui-qəsd nəzəriyyələri və memlər paylaşılır. Bunların arasında işıqlandırılmış boş stul və "Müctəba haradadır?" yazısı olan paylaşımlar da mövcuddur. Hökumət tərəfdarları isə liderin gizli saxlanılmasını ABŞ və İsrailin hava hücumları təhlükəsi ilə əlaqələndirirlər. Məlumdur ki, bu cür hava hücumları nəticəsində ölkə rəhbərliyinin mühüm bir qismi artıq həyatını itirib.
Martın 30-da ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin ya öldüyünü, ya da çox ağır yaralandığı iddiasını irəli sürüb. Martın 12-də isə xəbər aparıcısı onun xalqa ilk müraciətini İran dövlət televiziyası vasitəsilə səsləndirib. Daha sonra Xamenei İslam Respublikasının ABŞ və İsraildən qisas alacağını bəyan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə daha 17 nəfər tutuldu
Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən 17 nəfəri saxlayıb.
DünyaTrampın NATO-dan çıxma hədəsi: Senat maneəsi və beş mümkün ssenari
NATO-dan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdəikisinin təsdiqini almalıdır. Hazırda o buna yaxın deyil. Üstəlik, onun NATO-dan çıxmaq ideyası, hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də alqışlanmır.
Dünyaİran parlamenti spikerindən ABŞ-yə xəbərdarlıq: "Danışıqlar şouya çevrilməməlidir"
"Əgər Amerika Birləşmiş Ştatlarının diplomatları İranla ortaq məxrəcə gəlmək niyyətindədirlərsə, Pakistanda baş tutan görüşləri bir şou və manipulyasiya aləti olaraq dəyərləndirməməlidirlər."
DünyaPaşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya uğradı: Ölən və yaralılar var
Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.