
Sabah 15 dərəcə isti olacaq - 12.04.2026
Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKeşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO
Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.
CəmiyyətTovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.
CəmiyyətSalyanda tanınmış həkim vəfat etdi - FOTO
Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.
CəmiyyətPaytaxtın mərkəzində və qəsəbələrində iməcilik keçirilib - FOTO
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti daxili iməcilik keçirilib.