
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
"ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlar idarəolunmaz hala gəlməkdədir. Gərginliyin daha da artması dünya miqyasında iqtisadi tənəzzül təhlükəsini gücləndirir".
"ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlar idarəolunmaz hala gəlməkdədir. Gərginliyin daha da artması dünya miqyasında iqtisadi tənəzzül təhlükəsini gücləndirir".
Gundem.today xəbər verir ki, bu fikirlər "Global Times" nəşrində yer alan redaksiya məqaləsində öz əksini tapıb:
"Fevralın 28-də ABŞ və İsrailin İrana hücum etməsindən tam bir ay ötür. Qarşıdurma ilkin hədəflərindən yayınaraq, yavaş-yavaş nəzarətdən çıxma nöqtəsinə yaxınlaşıb. Yekun nəticələrin necə olacağı bilinməsə də, prosesin qlobal nizama və geosiyasi vəziyyətə sarsıdıcı təsirləri artıq aydın görünür. Rəsmi Vaşinqton başlanğıcda İrana qarşı əməliyyatların 4-5 həftə çəkəcəyini, sonrakı mərhələlərdə prosesin tez bir zamanda yekunlaşacağını dəfələrlə bəyan etsə də reallıq fərqlidir. Müasir dövrdə hərbi əməliyyatlara start verildikdən sonra onun əvvəlki ssenari əsasında dayandırılması mümkün olmur".
Nəşrin təhlilinə görə, mövcud gərginlik artıq enerji böhranını tətikləyir, qlobal təchizat zəncirində qırılmalara yol açıb və beynəlxalq iqtisadi vəziyyətin qeyri-müəyyənliyini dərinləşdirib:
"Qarşıdurma bu tempdə kəskinləşməkdə davam edərsə, dünya üzrə iqtisadi geriləmə ehtimalı ciddi şəkildə yüksələcək və bu vəziyyət bütün dövlətlərin vətəndaşlarının ümumi mənafelərinə zərbə vuracaq".
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan İLGİNC açıqlama: "ABŞ İranda axtardığı hədəfləri dünən tapdı və məhv etdi"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ hərbçiləri İranda uzun zamandır aşkar etməyə çalışdıqları bir neçə obyekti müəyyənləşdirərək sıradan çıxarıblar.
DünyaSEPAH İranın Hərbi Dəniz Qüvvələri komandanının ölümünü təsdiqlədi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiq edib.
DünyaTramp İran məsələsində Qabbardla fikir ayrılıqlarının olduğunu etiraf edib
ABŞ Prezidenti Donald Tramp İranın nüvə fəaliyyətləri mövzusunda ölkəsinin Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard ilə müəyyən fərqli baxışlara malik olduqlarını təsdiqləyib.
DünyaTrampın İran planları: Neftə nəzarət və uran ehtiyatlarını almaq üçün əməliyyat keçiriləcək?
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir.