
Trampın İran planları: Neftə nəzarət və uran ehtiyatlarını almaq üçün əməliyyat keçiriləcək?
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir.
Gundem.today-ın xəbərinə görə, Ağ Ev lideri bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
O, İran haqqında danışarkən qeyd edib ki, burada nefti ələ keçirməyə üstünlük verərdi:
"Düzünü desəm, ən çox İrandan nefti götürmək xoşuma gələrdi, amma ABŞ-dəki bəzi axmaq insanlar deyirlər ki, niyə belə edirsiniz? Amma onlar axmaq insanlardır".
Tramp həmçinin martın 26-da öz kabinetinin iclasında qeyd etmişdi ki, ABŞ tərəfindən İran neftinə nəzarətin ələ keçirilməsi, onun fikrincə, mümkün addımlardan biridir.
"Bu, variantdır", - deyə o, həmin gün bildirmişdi.
ABŞ lideri habelə İrandan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün hərbi əməliyyatın keçirilməsi ehtimalını da nəzərdən keçirir. Belə bir iddia ilə "The Wall Street Journal" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, riskli və mürəkkəb bir missiya olacaq bu əməliyyat reallaşacağı halda, ABŞ quru qoşunlarının bir neçə gün ərzində ölkəyə müdaxiləsini nəzərdə tutacaq.
Qəzet bildirir ki, Tramp ümumilikdə belə bir əməliyyatın keçirilməsi ideyasına açıqdır, lakin ABŞ qoşunlarının məruz qalacağı təhlükələrin səviyyəsini qiymətləndirir. ABŞ lideri hələlik yekun qərar verməyib.
Bundan əlavə, nəşrin yazdığına görə, Donald Tramp müşavirlərinə göstəriş verib ki, münaqişəyə son qoyulması şərtlərindən biri olaraq İrana təxminən 1 000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq edilsin.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan İsrailə hücum: Hayfa şəhərində neft emalı zavoduna zərbə endirdi - VİDEO
İran silahlı qüvvələri İsrailin Hayfa şəhərindəki sənaye rayonuna zərbə endirib.
DünyaMoskvadakı Britaniya səfirliyində əcnəbi casus aşkarlandı - FOTO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva səfirliyində britaniyalı casus aşkar ediblər.
DünyaTrampdan İLGİNC açıqlama: "ABŞ İranda axtardığı hədəfləri dünən tapdı və məhv etdi"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ hərbçiləri İranda uzun zamandır aşkar etməyə çalışdıqları bir neçə obyekti müəyyənləşdirərək sıradan çıxarıblar.
DünyaSEPAH İranın Hərbi Dəniz Qüvvələri komandanının ölümünü təsdiqlədi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiq edib.