Son dəqiqə
ABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcəkQəbələdə WUF13 Festivalı başlayıb - FOTOKənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilirDünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDIABŞ-də bloqer aviaşirkəti xilas etmək üçün 22 milyon dollar topladıParlamentlərarası İttifaqın baş katibi Zəfər parkını ziyarət edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO
İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO
Cəmiyyət

İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO

Bu gün
10:28
0 baxış
Paylaş:

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki ortaaylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırıldı".

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki ortaaylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırıldı".

Gundem.today xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?

Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:

"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur".

"Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25 200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25 200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat x 9.3%) + 350 manat = 1224.4 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deputat qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Pensiya_artımı#Əmək_pensiyası#Vüqar_Bayramov

Oxşar Xəbərlər

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTOCəmiyyət

Qəbələdə WUF13 Festivalı başlayıb - FOTO

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.

Bu gün
12:030
Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDICəmiyyət

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.

Bu gün
11:590
Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıbCəmiyyət

Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb

2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bu gün
11:420
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdürCəmiyyət

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Mayın 4-ü Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Bu gün
11:340