
İspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO
İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.
İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" İspaniyanın Mülki Qvardiyasının Birləşmiş Assosiasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Bu göstərici ölkə tarixində ələ keçirilən ən böyük narkotik partiyası biri hesab olunur.
Qeyd olunub ki, Kanar adaları yaxınlığındakı beynəlxalq sularda dayandırılan və narkotik vasitələrlə dolu olan gəmi Syerra-Leonenin paytaxtı Fritaun şəhərindən Liviyanın Benqazi limanına doğru hərəkət edib. Yükü müşayiət edən 20-yə yaxın şəxs saxlanılıb. Bu əməliyyatın beynəlxalq şəbəkələr vasitəsilə koordinasiya edildiyi versiyası araşdırılır.
İspaniya polisinin dənizdə əvvəlki kokain müsadirəsi rekordu cari ilin yanvar ayında qeydə alınmışdı, həmin vaxt 10 tonluq yük ələ keçirilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAmsterdamda tarixi qadağa: Ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub.
DünyaKİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər
İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər.
DünyaÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.
Dünya"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.