Son dəqiqə
Sumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülürAvropada bir ilk: İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcəkAzərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilibSerbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırırDövlət məktəblərində xarici dildə təhsil almaq istəyənlərin NƏZƏRİNƏHindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb
İsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb
Dünya

İsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb

Bu gün
22:24
0 baxış
Paylaş:

İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.

İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin radioteleviziya saytı məlumat yayıb.

Məhkəmə sədri qərarı G.Kərimovanın Özbəkistanda həbsdə olması və faktiki olaraq ölkəni 2028-ci ilin dekabrına qədər tərk edə bilməməsi ilə əsaslandırıb.

Bununla belə, çirkli pulların yuyulmasında ittiham olunan "Lombard Odier" bankı və onun aktivləri üzrə keçmiş idarəçisinə qarşı məhkəmə prosesi davam edir.

Xatırladaq ki, 2019-cu ildə Özbəkistan məhkəməsi G.Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, Daşkənd yaxınlığındakı 21 saylı qadın koloniyasında cəza çəkir.

G.Kərimova bir neçə ölkədə açılmış cinayət işlərinin fiqurantıdır və bu çərçivədə 10-a yaxın dövlətdə onun daşınmaz əmlakı və bank hesablarındakı yüzmilyonlarla dollar vəsaiti dondurulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Gülnarə_Kərimova#Özbəkistan#İsveçrə

Oxşar Xəbərlər

Serbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırırDünya

Serbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır

Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.

Bu gün
23:120
Hindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyirDünya

Hindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyir

Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hakimiyyətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.

Bu gün
22:480
ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"Dünya

ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"

"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".

Bu gün
22:000
KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçibDünya

KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib

ABŞ ilə davam edən münaqişə və ali lider Əli Xameneinin ölümü fonunda İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.

Bu gün
21:360