
İtaliya milli futbol komandası İranın yerinə mundiala gedəcək? - Rəsmi cavab gəldi
İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Luçano Buonfilyo bildirib ki, ölkənin futbol üzrə milli komandasının İran milli futbol komandasının əvəzinə ABŞ-də keçiriləcək dünya çempionatına getməsi çətin ki, mümkün olsun.
İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Luçano Buonfilyo bildirib ki, ölkənin futbol üzrə milli komandasının İran milli futbol komandasının əvəzinə ABŞ-də keçiriləcək dünya çempionatına getməsi çətin ki, mümkün olsun.
Gundem.today bu barədə "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir.
Daha əvvəl "Financial Times" yazmışdı ki, ABŞ Prezidenti Donald Trampın qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli FIFA-ya İran milli futbol komandasını İtaliya milli futbol komandası ilə əvəz etməyi təklif edib.
"Birincisi, bunun mümkün olduğunu düşünmürəm. İkincisi, mən bunu özümə təhqir hesab edərdim. Dünya çempionatında iştirak etmək hüququnu meydanda qazanmaq lazımdır", - deyə Luçano Buonfilyo bildirib.
İtaliyanın idman və gənclər naziri Andrea Abodi də "Financial Times"ın məlumatını şərh edərkən qeyd edib ki, komandaların dəyişdirilməsi yersiz olardı və təsnifat meydanda baş tutur.
Xatırladaq ki, İtaliya milli futbol komandası ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaq.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə bəyan edib ki, ölkənin milli komandası dünya çempionatında oynamağa tam hazırdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanLamin Yamal azarkeşlərə müraciət etdi
"Barselona"nın vingeri Lamin Yamal dizaltı vətər zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacağı məlum olduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
İdmanAvropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı
Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında futbol üzrə Azərbaycan çempionatının 28-ci turu və qarşıdan gələn turdakı oyunlarla bağlı müzakirə aparılıb.
İdman"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.